Tez-tez Verilən Suallar

Əsas suallar

YarıDone nədir?

YarıDone - restoran, əyləncə, gözəllik salonu və digər sahələrdə minimum 50%-dən başlayan endirimlər təqdim edən plastik kartdır. YarıDone kartı olan hər bir şəxs www.yaridone.az saytında mövcud olan yüzlərcə endirim təkliflərindən yararlana biləcək.

Kartı necə əldə etmək olar?

Bu çox asandır! www.yaridone.az web səhifəmizə daxil olun, (Qeydiyyat) düyməsinə klik edərək qeydiyyatdan keçib öz şəxsi kabinetinizi yaradın. Şəxsi kabinetinizə daxil olduqda “kart sifariş et” bölməsindən kart sifarişinizi edin. Kartı sifariş etdikdən sonra 1-3 iş günü ərzində hazırlanaraq kuryer vasitəsilə pulsuz olaraq sizə çatdırılır. Kartın üzərində sahibinin adı və xüsusi 16 rəqəmli kodu olur.

Kart üçün nə qədər ödəniş tələb olunur?

YarıDone kartının aylıq abunə haqqı 25 AZN-dir (ilk 3 ayda xüsusi endirim edərək qiyməti cəmi 20 AZN etdik). Yəni hər bir istifadəçimiz indi aylıq cəmi 20 AZN ödəyərək saytda olan yüzlərcə endirim təkliflərindən bir ay boyunca yararlana biləcək. Kartınızın aylıq xidmət haqqı bitdikdə isə sadəcə şəxsi hesabınızdan daxil olub kartınızın aylıq abünə haqqını ödəyərək yenidən aktiv edə bilərsiniz.

Kartın aylıq abünə haqqını hər ay ödəməliyəm?

YarıDone kartınızın aktiv olması və saytda olan endirimlərdən faydalana bilməyiniz üçün kartın aylıq xidmət haqqını ödəməlisiniz. Lakin əgər hər hansı ay kartınızdan istifadə etməsəniz sadəcə aylıq abünə haqqını ödəmirsiniz. Növbəti ay yenidən istifadə etmək istəsəniz aylıq abünə haqqını ödəyərək kartınızı yenidən aktiv edə bilərsiniz.

Kartdan necə istifadə edilir?

Kartın istifadəsi çox asandır. Saytda olan endirimlərdən yararlanmaq üçün sadəcə getdiyiniz məkanda YarıDone kartınızı təqdim etməyiniz yetərlidir.