YarıDone necə işləyir?

YarıDone - alış-veriş, əyləncə, restoran və digər sahələrdə minimum 50%-dən başlayan endirimlər təqdim edən plastik kartdır.

Niyə bu qədər böyük endirimlərimiz var?

YarıDone şirkəti olaraq biz bir çox güvənli biznes məkanları ilə əməkdaşlıq edərək istifadəçilərimizə həm keyfiyyətli, həm də sərfəli endirim təkliflərini təqdim etməyə çalışırıq.

YarıDone kartı olan hər bir istifadəçi www.yaridone.az saytında mövcud olan yüzlərcə endirim təkliflərindən yararlana biləcək. Saytda mövcud olan hər bir endirimin dəyəri minimum 50%-dən başlayır. Yararlanmaq istədiyiniz istənilən endirim təklifini sadəcə YarıDone kartınıza əlavə edərək bu endirimdən yararlana bilərsiniz.

YarıDone şirkəti olaraq istifadəçilərimizə müxtəlif növ xidmət sahələrindən yüzlərcə fərqli endirim təklifləri təqdim edirik. Saytımızda restoran, əyləncə, təhsil, sağlamlıq və s. xidmətlər üzrə endirim təklifləri mövcuddur.

Hər bir endirim təklifi müəyyən müddət ərzində istifadəçilərə təqdim edilir. Endirimin aktiv olduğu müddət ən az 1 aydan ən çox isə 1 ilə qədər ola bilər.

YarıDone mobil tətbiqi mövcuddurmu?

Əlbəttə, istifadəçilərimizin rahatlığı üçün YarıDone mobil tətbiqini istifadəyə vermişik. Artıq hər bir YarıDone istifadəçisi mobil tətbiqi telefonuna yükləyərək istənilən anda istifadə edə biləcək.